Əsas məzmuna keç
ORMUS

Proses

Proses

Yeddi mərhələ. Hər mərhələnin girişi, çıxışı və təsdiq nöqtəsi var — belə olanda "haradayıq" sualı müzakirə mövzusuna çevrilmir.

  1. 01

    Mərhələ 1

    Discovery və analiz

    Mövcud prosesləri, sistemləri, məlumat mənbələrini və məhdudiyyətləri öyrənirik. Hansı göstəricinin dəyişməli olduğunu birlikdə müəyyənləşdiririk.

    Nəticə: Mövcud vəziyyətin xəritəsi, risklər və həll variantları

  2. 02

    Mərhələ 2

    Texniki tapşırıq

    Funksionallıq, inteqrasiyalar, rollar, təhlükəsizlik tələbləri və qəbul meyarları yazılı şəkildə razılaşdırılır.

    Nəticə: Texniki tapşırıq, mərhələli qiymət və cədvəl

  3. 03

    Mərhələ 3

    UX/UI və prototip

    İnterfeys məntiqi əvvəlcə prototipdə yoxlanılır. Dəyişiklik burada kod mərhələsindəkindən qat-qat ucuz başa gəlir.

    Nəticə: İnteraktiv prototip və dizayn sistemi

  4. 04

    Mərhələ 4

    İşlənmə

    İki həftəlik dövrələrlə işləyirik. Hər dövrənin sonunda işlək versiya sınaq mühitində görünür.

    Nəticə: Sınaq mühitində işlək versiyalar

  5. 05

    Mərhələ 5

    İnteqrasiya və test

    Mövcud sistemlərlə əlaqə qurulur, yük və təhlükəsizlik testləri aparılır, real məlumatla yoxlama keçirilir.

    Nəticə: İnteqrasiya sənədi və test nəticələri

  6. 06

    Mərhələ 6

    İstifadəyə vermə

    Buraxılış planı, məlumatın köçürülməsi, istifadəçi təlimi və geri qaytarma ssenarisi hazır olur.

    Nəticə: İşlək sistem, sənədlər və təlim

  7. 07

    Mərhələ 7

    Dəstək və inkişaf

    Monitorinq, hadisələrə reaksiya, planlı yeniləmələr və növbəti mərhələnin prioritetləri.

    Nəticə: SLA, monitorinq və inkişaf planı

Suallar

Tez-tez verilən suallar

Discovery mərhələsindən. Mövcud prosesləri, sistemləri və məhdudiyyətləri öyrənirik, sonra həll variantlarını qiymət və müddət fərqi ilə birlikdə təqdim edirik. Bu mərhələdən sonra texniki tapşırıq formalaşır.

Layihənizi müzakirə edək

Qısa təsvir kifayətdir. Birinci söhbətdə həllin mümkün olub-olmadığını, təxmini həcmi və başlanğıc addımını aydınlaşdırırıq.