Sahələr
İstehsal
Dayanma vaxtı növbə sonunda deyil, baş verən anda görünür.
Sahənin çətinliyi
İstehsalda hər dayanma birbaşa itkidir, lakin dayanmanın səbəbi çox vaxt sonradan, yaddaşdan bərpa olunur. Plan-fakt fərqi ay sonunda üzə çıxır və o vaxta qədər düzəliş etmək mümkün olmur.
Yanaşmamız
Avadanlıqdan gələn siqnallar toplanır və dayanmalar səbəb kodu ilə qeydə alınır. Plan-fakt fərqi növbə ərzində görünür. Texniki xidmət təqvimə görə deyil, real iş saatına və sensor göstəricilərinə görə planlaşdırılır.
Uyğun həllər
- DI-04
Pərakəndə, istehsal və IoT
Avadanlıq, kassa və sensor məlumatı — hesabatda deyil, baş verən anda.
- AI-06
Computer Vision, OCR və sənəd emalı
Şəkil və skan sənədlərdən strukturlaşdırılmış məlumat: qaimə, akt, nömrə, say.
- SW-04
CRM, ERP və biznes avtomatlaşdırması
Satış, anbar, sifariş, kadr və istehsal — ayrı cədvəllərdə deyil, bir sistemdə.
- DI-02
Məlumat analitikası və BI
Bir rəqəm, bir mənbə: hesabatlar mübahisə mövzusu olmaqdan çıxır.
Bu istiqamət üzrə konsultasiya
Vəziyyətinizi qısa təsvir edin — mümkün həll variantlarını və başlanğıc addımını göstərək.